Hadisə

Türkiyə millisinin keçmiş oyunçusu qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı

24 Yanvar 2026 10:00
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində motosikletçi həyatını itirib.

Milli.Az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, insident Samsun vilayətinin Tekkeköy rayonunda qeydə alınıb.

25 yaşlı Umut Can Turan kuryer kimi çalışdığı motosikletlə işdən evə gedərkən yol kənarında saxlanılmış, Azərbaycan dövlət nömrə nişanlı TIR-la toqquşub. Ağır xəsarət alan gənc təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə əlaqədar TIR-ın sürücüsü, Azərbaycan vətəndaşı Nadir Salmanov ifadə verməsi üçün saxlanılaraq polis bölməsinə aparılıb.

Araşdırma zamanı məlum olub ki, həlak olan Umut Can Turan vaxtilə Türkiyə milli komandasında çıxış etmiş bamintonçu olub. O, idman karyerasını dayandırdıqdan sonra maddi təminat üçün kuryerlik fəaliyyəti ilə məşğul imiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.