Hadisə

Cəlilabadda məktəb direktoru piyadanı maşınla vurdu

14 Yanvar 2026 12:20
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Qafqazinfo"ya bildirilib ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

"Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib. 

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir.

Avtomobillə qəza törədərək piyada Xudu Abdulla oğlu Əliyevi vuran Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.