Hadisə

Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO

6 Yanvar 2026 16:42
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakı şəhərində olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə, evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədilə daxil olsalar da, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.