Hadisə

Sumqayıtda 11 köşk söküldü

4 Yanvar 2026 11:22
Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Milli.Az xəbər verir ki, reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.

Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək xüsusi texnikaların köməyi ilə daşınıb.

Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.