Hadisə

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

3 Yanvar 2026 14:42
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiya sərhədçiləri Helsinki-Tallin arasında sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı Rusiyaya gedən yük gəmisini saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Saxlanılan gəmi Fitburg adlanır. Gəmi Sent-Vinsent və Qrenadanın bayrağı altında üzür. "MarineTraffic" məlumatına görə, gəmi Sankt-Peterburqdan çıxıb və İsrailin Hayfa limanına gedirmiş.

Gəminin heyətində Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Ümumilikdə heyətdə 14 nəfər var.

Gəmi Estoniyanın müstəsna iqtisadi zonası yaxınlığında, lövbər salmış vəziyyətdə aşkarlanıb. 

Gəmidə axtarış aparılıb. Heyət üzvləri dindirilib. Finlandiya polisi bildirib ki, iki nəfər saxlanılıb. Daha iki nəfərə ölkədən çıxış qadağası qoyulub. Saxlanılanların vətəndaşlıqları açıqlanmır.

Gömrük orqanları daşıdığı yükləri yoxlamaq üçün müsadirə edib. Sanksiyaların pozulub-pozulmadığı araşdırılır.

Finlandiya polisi istintaqın davam etdiyini bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.