Hadisə

Paytaxtda silsilə oğurluq edən şəxs saxlanıldı

25 Dekabr 2025 11:17
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb. 

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 49 yaşlı İsmayıl Nuriyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.