Hadisə

"Saatlardır postda qalmışıq, insanlar əziyyət çəkir" - VİDEO

17 Dekabr 2025 12:17
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

Milli.Az xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:( Baku.ws)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.