Hadisə

Bakıda müəllim məktəbdə vəfat etdi

17 Dekabr 2025 11:05
Baxış: 1 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda orta məktəbdə müəllim vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadla bildirir ki, hadisə dekabrın 16-da, saat 12 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib.

Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.