Hadisə

Qaxda "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

9 Dekabr 2025 16:02
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda "Azərişıq" əməkdaşı elektrik dirəyindən yıxılıb.

Milli.Az xəbər verir ki, hadisə saat rayonun Ağçay kəndi ərazisində, Qax-İlisu avtomobil yolunun kənarında baş verib.

Elektrik dirəyində təmir işləri aparan "Azərişıq"ın Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşı, 38 yaşlı Qax şəhər sakini Elçin Arif oğlu Bilalov ehtiyatsızlıqdan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Bilalov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.