Hadisə

20 min verib gətirdiyi gəlin qızılları da götürüb qaçdı - FOTO

2 Dekabr 2025 12:00
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çanaqqalanın Biga rayonunda bir ailənin xaricdən gəlin gətirmə cəhdi faciəyə səbəb olub.

Milli.Az-ın məlumatına əsasən Ramazan Gümüşsoy adlı vətəndaş uzun müddət psixoloji çətinlikləri olan oğluna uyğun həyat yoldaşı tapmağa çalışıb və bu məqsədlə vasitəçilərlə əlaqə saxlayıb.

Ailə vasitəçilərə ödəniş edərək Cezayirdə yaşayan Hadil Ayad adlı qadının 500 min lirə ( günün məzənnəsinə uyğun olaraq 20 024 manat ) qarşılığında Türkiyəyə gəlməsini təmin edib. Ayad sentyabr ayında Biga şəhərinə gəlib və oktyabrın sonunda Muammer Gümüşsoy ilə rəsmi nikaha daxil olub.

Lakin nikahdan qısa müddət sonra gəlin ailə evini tərk edib. İddialara görə, toy zamanı təqdim olunan qızıl-zinət əşyaları və pulları da özü ilə aparıb. Ailə həmin vaxtdan etibarən onunla əlaqə qura bilmədiyini bildirib.

Hadisə ailə üzvləri üçün ağır nəticələr yaradıb. Ramazan Gümüşsoy yaşananlara görə dərin sarsıntı keçirib və həyatını sonlandırıb.

Hadisə ilə bağlı Biga Cumhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. Cezayirli gəlinin dolandırıcılıq iddiası ilə bağlı ifadəsinin alınması üçün axtarış aparılır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.