Hadisə

Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı

10 Oktyabr 2025 14:40
Baxış: 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş mühasib də vaxtından əvvəl azadlığa buraxılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yerli məhkəmə Rəcəb Hüseynovun həbsinin qalan 5 ayını şərti hesab edib.

R.Hüseynov bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib. 
Ətraflı

Amma prokuror bu qərarla razılaşmayıb, məhkumun yenidən həbs edilməsi üçün protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab etməyib. 

Xatırladaq ki, eks-icra başçısı Ceyhun Cəfərov da vaxtından əvvəl cəzadan azad edilmişdi. Artıq onun şərti məhkumluq müdddəti də başa çatıb. 

Təhsil Şöbəsinin baş mühasibi işləmiş Rəcəb Hüseynov C.Cəfərovdan 1 il sonra-2021-ci ilin oktyabrında korrupsiya ittihamı həbs edilib. Yekun qərarla ona 4 il 4 ay həbs cəzası kəsilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.