Hadisə

Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü

24 Mart 2025 10:18
Baxış: 1 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.

Milli.Az bildirir ki, hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək üçün Bakıdan Zaqatalaya gəlibmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.