Hadisə

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü - FOTO

20 Fevral 2025 12:35
Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib.

Şəhidin oğlu Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Hadisə barədə ilk məlumatı Unikal.az saytı yayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.