21:27
Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.
Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.
--------------
21:18
Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.
Milli.Az-ın məlumatına görə hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batılar.
Onların meytləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az