20:50
Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafayev həyatını itirib.
Yaralanlar isə "Kamaz" sürücüsü 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və traktor sürücüsü, Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir.
Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
-------------
19:37
Şəkidə "Kamaz" piyadanı vurub, daha sonra traktorla toqquşub.
Milli.Az xəbər verir ki, axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan "Kamaz" markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, "Kamaz" və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Milli.Az