Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir.
Milli.Az-ın verdiyi xəbərə görə, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır.
Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir. /APA
Milli.Az