Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Cairo24" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynadan olan turistlər də xəsarət alıblar.
Xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun