Hadisə

Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

18 Oktyabr 2024 11:41
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.