Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. "Mercedes" markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun