Bakı-Quba yolunda TIR sürücüsü olan Türkiyə vətəndaşı sükan arxasında ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkiyə vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.
Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun