Hadisə

"Sol əli başının üstünə qoyulmuşdu" - Gəlinin meyitinin tapıldığı ərazidən görüntülər - YENİLƏNİB

29 Avqust 2024 22:01
Baxış: 7 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​22:01

Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin (Səidə Həsənova) meyiti tapılıb.

APA-nın yerli bürosuna Xoşbulaq kənd sakini Qüdrət Göyüyev bildirib ki, meyit hadisənin baş verdiyi evin qonşuluğunda olan həyətdə aşkarlanıb.

"Cəsədin tapıldığı məhlənin otunu biçdirirdim. Gördüm ki, zibil kimi bir şey var. Yaxınlaşdım, görüm ki, meyit var. Bir qadın meyiti idi. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi. Mən də dərhal polisə xəbər verdim. Çox keçmədi gəlib apardılar. Polislər dedilər ki, Səidə Həsənovadır".

Qüdrət Göyüyev qeyd edib ki, bir neçə dəfə həmin məhlədə olub. Amma orada ot qalın olduğuna görə meyitin olması hiss edilməyib. APA-nın əməkdaşları gəlini tərəfindən balta ilə xəsarət yetiriləndən sonra xəstəxanda olan Tahirə Qurbanovanın Xoşbulaq kəndindəki evində olublar.

Mərhumun qızı Şəlalə Qurbanova bildirib ki, meyitin tapıldığı sıx otluq olub. Həmin əraziyə heç bir iz düşmədiyi üçün inanmayıblar ki, orada meyit aşkarlana .

"Evimin yaxınlığında durmuşdum gördüm ki, çoxlu polis maşını keçdi. Mən də narahat oldum. Düşüb ora getdim dedilər ki, Səidə Həsənovanın meyiti aşkarlanıb. Mən də baxdım gördüm ki, tövlənin arxasında otluq ərazidə meyit var. Səidə otluğu neçə keçibsə ora iz düşməyib.", - deyə o bildirib.

Şəlalə Qurbanova bildirib ki, anasının qatilinin meyiti hadisədən 1 ay bir gün sonra qonşu tərəfindən aşkarlanıb.

Qeyd edək ki, hadisə iyul ayının 27-də Daşkəsən rayonunun Xoşbulaq kəndində baş verib. Belə ki, Cəlilabad rayon sakini Səidə Həsənova mübahisə zamanı qaynanası Tahirə Qurbanovaya balta ilə ağır xəsarətlər yetirib. Ağır xəsarət alan qadın hadisəsən bir neçə gün sonra Bakıda yerləşən xəstəxanaların birində ölüb.

Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda araşdırma aparılır.

-------
12:48

Bir müddət əvvəl Daşkəsəndə gəlinin qayınanasını baltalayıb qaçması barədə xəbər vermişdik.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, qayınanasını baltalayıb qaçan Səidə Həsənovanın meyiti hadisənin baş verdiyi evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.