Bu yolda tez-tez maşınlar aşır - Hər qəza can alır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, avqustun 10-u gecə saatlarında Kürdəmir - Zərdab yolunda 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son 2-3 ildə bu yolda 10-dan artıq ölümlə nəticələnən yol qəzası baş verib ki, həmin hadisələrin də, demək olar, hamısında avtomobillər aşıb.
Belə ki, təmir edildikdən sonra heç bir radarın quraşdırılmadığı və xəbərdarlıqedici işarələrin çox az olduğu bu yolda bir neçə təhlükəli sərt döngə mövcuddur. Nəzarətin zəifliyi isə sürücülərin burada nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsinə və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur.
Təxminən 10 kilometr məsafəli hissədə indiyədək çoxsaylı faciələr yaşanıb ki, onların bəzilərinin qurbanı tanınmış şəxslər və ya onların yaxın adamları olub. Belə ki, Vətən müharibəsi şəhidi olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın olduğu "Ford" markalı avtomobil burada aşıb. Həmin vaxt şəhidin xanımı ilə yanaşı sürücü də hadisə yerində vəfat edib.
Ötən ilin oktyabrında isə Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun da idarə etdiyi "Toyota Prado" markalı avtomobil bu ərazidə aşıb. Hadisə vaxtı Vətən müharibəsi şəhidi olan oğlu İsrafil İbrahimovun anım tədbirinə gedən ailə üzvlərindən şəhidin nənəsi vəfat edib. Avtomobildə olan digər şəxslər isə xəsarət alıb.
Ötən ilin avqustunda "Mitsubishi L200" markalı avtomobil yoldan çıxaraq kanala aşıb və 2 nəfər hadisə yerində boğularaq ölüb.
Bu ilin 8 aprel tarixində də qeyd edilən yolda ölümlə nəticələnən qəza baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri vəfat edib
Son olaraq 2 gün əvvəl baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən hadisə aidiyyəti qurumların bu yolla bağlı nəzarəti artırmalı və digər tədbirlər görməli olduğunu sübut edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
Metroda kişi öldü
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





