Hadisə

Qəza törətdi, 2 yaşlı oğlu öldü

1 Avqust 2024 10:23
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.