Hadisə

Suraxanıda yanğın - 3 nəfər təxliyə edildi

16 İyun 2024 15:44
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.