Hadisə

Bakıda ağır yol qəzası - bir nəfər öldü, biri ağır yaralandı - FOTO

16 İyun 2024 09:18
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Lökbatan dairəsində ağır yol qəzası baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə körpünün üstündə, rayondan qayıdan "Ford" markalı avtomobilin "KamAZ" yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) BAKU.WS-ə bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili yolda dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

-------------

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az " xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili yolda dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.