Hadisə

İki gəncin faciəvi ölümü ətrafında müəmma böyüdü: “Onlar bu oteldə olmayıblar” – VİDEO

9 May 2024 10:26
Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"My Music" otelində zəhərlənən dörd dostdan ikisinin ölməsi, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi müzakirələrə səbəb olub. İctimaiyyət gənclərin həm özlərinin, həm də atalarının yüksək vəzifədə işlədiyini qeyd edərək onlara sui-qəsd təşkil edildiyini iddia edib.

Lakin zərərçəkənlərin ailə üzvləri onların oteldə verilən göbələkdən zəhərləndiklərini bildiriblər. Bundan başqa, ailə Nicat Cabbarlı və Xəzər Cabbarlının spirtli içki içmədiyini bildirib.

Əgər hər şey ailənin dediyi kimidirsə, otel sahibi məsuliyyətə cəlb oluna bilərmi?

Milli.Az bildirir ki,  mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, əgər gənclərin oteldə yediyi göbələkdən zəhərləndiyi sübuta yetirilərsə, otel sahibi məsuliyyətə cəlb olunacaq.

Ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.