Hadisə

Bakıda BMW sürücüsü yolda "OYUN ÇIXARDI" - ANBAAN VİDEO

6 May 2024 18:33
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda BMW markalı avtomobil təhlükəli manevr edərək digər nəqliyyat vasitələri üçün təhlükəli anlar yaradıb.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntü ilə bağlı araşdırmalara başlanılıb:

"BMW markalı nəqliyyat vasitəsinin sürücüsünün kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atmasını əks etdirən görüntü ilə əlaqədar tərəfimizdən araşdırma aparılır".

Bakıda BMW markalı avtomobilin sürücüsü təhlükəli qəza şəraiti yaradıb.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Videoda sürətlə hərəkət edən sürücünün dairəvi yolayrıcını keçmə qaydalarını pozduğu görünür. Bu zaman o, idarəetməni itirir və qarşı yola çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb.

Hadisə Bakıda Qafur Murad küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.