Hadisə

Azərbaycanda makler və övladları bıçaqlandı

27 Aprel 2024 14:57
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb.

Milli.Az Unikal-a istinadla xəbər verir ki, hadisə M.Maqomayev prospektində baş verib.

Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib.

Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dörd nəfərin xəsarət alması ilə nəticələnən mübahisə ilə bağlı polisə məlumat daxil olub. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.