Hadisə

Perinatal Mərkəzdəki yanğında tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb

9 Yanvar 2024 17:30
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Respublika Perinatal Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Kliniki Tibbi Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.