Hadisə

Bu rayonun yarısı işıqsız qaldı - Qəzaya görə - FOTOlar

5 Yanvar 2024 00:03
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili idarəetməni itirərək elektrik və internet dirəklərinə çırpılıb. Nəticə Xaçmaz şəhərinin böyük hissəsi işıqsız və internetsiz qalıb.

Avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qəzanın fəsadlarını aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.