Hadisə

Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş - FOTO

16 Noyabr 2023 12:50
Baxış: 1 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.