Hadisə

Ova getdi, başqa ovçunu vurub öldürdü

20 Sentyabr 2023 20:21
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada faciəvi hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Amur vilayətində meşələrdə baş verib.

Bir ovçu səhvən başqa bir ovçunu vuraraq öldürüb. Kuznetsovo kəndindən 3 kilometr aralıda 36 yaşlı ovçu əlində "Tiger" silahı ilə ovunu izləyib.

O, xışıltı səsi eşidən kimi bunun heyvan olduğunu zənn edərək atəş açıb. Lakin vurduğu başqa bir ovçu olub. Zərərçəkən ombası və sol qolundan xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.