Hadisə

Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı - VİDEO - FOTO

7 Sentyabr 2023 08:48
Baxış: 2 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Guşbərə məxsus "Hyundai" markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib.
Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb.

Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığlna görə FHN-in DYMX-nin əməkdaşları o cümlədən polislər cəlb edilib.

Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.