Hadisə

Gündəmi zəbt edən faciədə ürəkağrıdan detal: "Oğlumun yerinə mən olmalı idim, amma..." - FOTO

27 İyun 2023 22:48
Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Titan" sualtı qayığında baş verən faciə ilə bağlı hər gün yeni ilginc detal ortaya çıxmaqdadır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu dəfə ortaya çıxan yeni təfərrüat qəzada atası Şahzadə Davudla birgə həyatını itirən 19 yaşlı Süleyman Davudla bağlıdır.

Süleymanın anası Kristin Davud BBC-yə bildirib ki, əslində həmin səyahətə əri ilə birgə o getməli imiş. K.Davudun sözlərinə görə, hətta ilk turda həyat yoldaşı ilə birgə rezervasiya ediblər, lakin pandemiya səbəbilə tur ləğv olunub və daha sonra oğlu Süleymanın israrı ilə budəfəki tur zamanı yerini ona verib:

"Mən onlar üçün çox sevindim, çünki hər ikisi bunu çoxdan etmək istəyirdi".

Kristin Davud sualtı qayığın suya dalma günü 17 yaşlı qızı Alina da daxil olmaqla, 4 nəfərlik ailənin birlikdə olduqlarını, Atalar Günü münasibəti ilə öz aralarında zarafatlar edib, qucaqlaşaraq sağollaşdıqlarını bildirib:

"Oğlum Rubik kubunu həll etməyi çox sevirdi. Həyəcanla "Rubik kubunu dənizin 3700 metr dərinliyində həll edəcəm" dedi".

Qeyd edək ki, "Titan" batiskafı iyunun 18-də "Titanik" laynerinin qəzaya uğradığı yerə doğru hərəkət edib və Atlantik okeanında radarlardan itib. Bu, dalışdan bir neçə saat sonra baş verib.

Batiskafda 5 nəfər olub: "Ocean Gate" şirkətinin direktoru, sualtı qayığı idarə edən 61 yaşlı Stokton Raş, britaniyalı milyarder, 58 yaşlı Həmiş Hardinq, Pakistan əsilli britaniyalı iş adamı, 48 yaşlı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, həmçinin cihazın pilotu, keçmiş hərbi dalğıc, "Titanik" gəmisinin kəşfiyyatçısı 77 yaşlı fransız Pol-Henri Narjol.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.