Hadisə

Qaxda çayxanada FACİƏ: Çay içən müəllim...

25 May 2023 20:12
Baxış: 2 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaxda 46 yaşlı müəllim anidən ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

Belə ki, Qax şəhər sakini 1977-ci il təvəllüdlü Nəzərov İlham Adil oğlunun çayxanada çay içən zaman halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da, İlham Nəzərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, İlham Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.