Hadisə

Ağdaşda 2 yaşlı uşaq yuyucu vasitəsi içərək zəhərlənib

3 Fevral 2023 19:00
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020 təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəsi içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

Hazırda körpənin vəziyyəti normaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.