Gəncədə qan TÖKÜLDÜ - 17 yaşlı Həsən Novruzov niyə qətlə yetirildi? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncədə qətl hadisəsi törədilib. Belə ki, atasının qonşu ilə dalaşdığını görən 17 yaşlı gənc onları ayırmaq istəyib. Lakin onun xoş niyyəti ağır bıçaq xəsarəti ilə nəticələnib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da təəssüf ki, gənc vəfat edib.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Hadisədən sonra 17 yaşlı Həsən Novruzov elə yaxınlıqda yerləşən Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, ona qan köçürülüb. Ancaq yarası ağır olduğundan tibbi müdaxilə nəticə verməyib.
Öldürülən gəncin atası Vidadi Novruzovun qonşu ilə davasının səbəbi bilinməsə də onun özünün münaqişəyə meyilli biri olmadığı qeyd olunur.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
XƏBƏR LENTİ
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal xuliqanlıq və narkotikə görə tutulubmuş... - (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu





