Texnologiya

NASA Aya gedəcək heyəti açıqladı

11 Dekabr 2020 18:59
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ildə Aya gedəcək heyətdə doqquz qadın və doqquz kişi olmaqla, ümumilikdə 18 astronavt var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, NASA-nın verdiyi açıqlamaya görə, bütün heyət üzvləri Ay səthinə uçuşlara qatılmayacaq, ancaq hər zaman vəzifə üçün hazır olacaqlar.

Təxminən üç ildir işləyən "Artemis" layihəsində 2021-ci ildə pilotsuz uçuşlar, 2023 və 2024-cü illərdə isə pilotlu uçuşlar planlaşdırılır.

Cosef Vonder, Kayla Barron, Raja Çari, Matteo Dominik, Victor Glover, Varren Hoburq, Conni Kim, Kristina Koç, Kjell Lindqren, Nikol A Mann, Anne MakKleyn, Cessika Meyer, Jasmin Moqbeli, Keyt Rubins, Frank Rubio, Skott Tinql, Cesika Vatkins, Stefani Vilson heyətə daxildirlər.

ABŞ Prezidenti Donald Tramp NASA-ya 1,6 milyard dollarlıq əlavə büdcə ayırdığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.