Texnologiya

“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür

20 Oktyabr 2020 19:49
Baxış: 3 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencer proqramının veb versiyasında audio və videozənglər yerinə yetirmək funksiyası işə salınacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu funskiya beta-sınaq mərhələsini keçsə də, hələlik istifadəçilər üçün əlçatan deyil.

Qeyd olunur ki, messencerdən zəng zamanı kompüterin ekranında üzən pəncərə peyda olacaq. Həmin pəncərədə zəngə cavab vermək və ya imtina etmək düymələri yer alacaq.

Bundan başqa, "WhatsApp"ın veb versiyası üçün qrup zəng funksiyasının işə salınması üzrə hazırlıqlar gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.