Texnologiya

"Google" ofislərin açılışını daha iki ay təxirə saldı

1 İyul 2020 18:29
Baxış: 1 097
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Google" şirkəti ABŞ-ın bir sıra ştatlarında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar ofislərinin açılışını daha iki ay müddətinə təxirə salıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət iyulun 6-da ofislərin işini bərpa etməyi planlaşdırırdı.

Plana əsasən, ofislərə ilk növbədə iş yerində olması zəruri olan əməkdaşlar qayıtmalı idi. İlk dövrlərdə ofislərdə əməkdaşların 10 faizi işləməli idi.

Yeni qərara əsasən, "Google" ofisləri sentyabrın 7-dək bağlı qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.