Unpack 2019 tədbiri çərçivəsində Samsung bir neçə yeni məhsul təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
7 Avqust tarixində Nyu-York şəhərində Samsung-un "Unpacked" yay tədbiri baş tutmuşdur. Tədbir çərçivəsində şirkətin ən yeni cihazları təqdim edilmişdir ki, bunlardan Galaxy Note10 məhsul xəttini xüsusi qeyd etmək olar. Bu xətt biri birindən içlik və ölçü ilə fərqlənən Note10 və Note10+ kimi iki model ilə təqdim edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu il Note daha "rahat" ölçülərə yiyələnərək, bir əl ilə istifadəni dəstəkləyir və bununla belə "çərçivəsiz" Sərhədsiz-O displeyi sayəsində yararlı ekran sahəsi yetərincə böyük olmaqda qalır. Beləliklə, Galaxy Note10 6,3" FHD+ ekran, Note10+ isə 6,8" QHD+ displey ilə təchiz olunub. Həmçinin, Galaxy Note10 üçün üçmodullu kamera quraşdırılmış, bunlardan 12 MP-lik əsas, 12MP-lik telekamera və geniş bucaqlı 16 MP-lik kameraları qeyd etmək olar. Note10+ isə, AR- obyektlərin yaradılması və təsvirin dərinliyinin ölçülməsi üçün TOF kamerası əlavə edilib. Əlavə olaraq burada smratfonlara toxunmadan onları idarə etməyə imkan yaradan S-Pen Air jestlər ilə idarəni dəstəkləyən S-Pen-i qeyd etmək lazımdır. Beləliklə, stilusu müxtəlif istiqamətlərdə hərəkət etdirərək, displeyə toxunmadan YouTube-da mahnıları dəyişə, səs gücünü tənzimləyə bilərsiniz.
Note10-un maraqlı xüsusiyyətlərindən biri də təkmilləşdirilmiş DeX rejimidir ki, bu rejim sayəsində telefon personal kompyuter rejiminə keçid alaraq, mouse və monitorun köməyi ilə sənədlər ilə işləmək, video izləmək və digər tapşırıqları yerinə yetirməyə imkan yaradır.
Yeni Note seriyasının smartfonları haqqında daha ətraflı məlumatı xüsusi məqalədə oxuya bilərsiniz (https://news.milli.az/mobilt/780164.html).
Bu rejimdə işləməni həm də "Unpacked" tədbirində təqdim edilmiş yeni Samsung Galaxy Tab S6 planşeti dəstəkləyir. Cihaz 10,5" Super AMOLED matrisa ilə təchiz olunmuşdur. Həmçinin burada, planşetlərdə ilk dəfə tətbiq edilmiş ikili modul üzərindən işləyən əsas kamera quraşdırılmışdı. Burada, birinci kamera 13 MP və 26 mm fokus məsafəli, ikinci kamera isə 5 MP 13 mm geniş bucaqlı obyektiv ilə örtülmüşdür. Galaxy Tab S6 səs keyfiyyəti ilə asanlıqla notebook-u əvəz edə bilər, belə ki, planşetin ətrafında 4 AKG dinamiki quraşdırılmışdı.
Həmçinin, tədbir çərşivəsində Galaxy Watch Active2 smart saatı təqdim edilmişdir. Belə ki, "ağıllı" saat iki versiyada mövcud olacaq - 40 mm və 44 mm. Hər iki modeldə, 360x360 piksel icazəli AMOLED displeydən və gücləndirilmiş Corning Gorilla Glass şüşəsindən istifadə edilib. Həmçinin indi Watch Active 2 üzərində interfeysi idarə etmək üçün sensor çərçivə əlavə edilmişdir ki, bu çərçivə ənənəvi bezeli özü ilə əvəz edir.
"Unpacked" mərasimi həm də, Qualcomm və Microsoft şirkətləri ilə birgə ərsəyə gətirilmiş yığcam və yüngül (960 qr) 13.3" sensor ekranlı ARM- Snapdragon 8cx prosessoru üzərindən işləyən Windows notebook-un təqdim edilməsi ilə yadda qalmışdır. Cihaz 8QB RAM, modelindən asılı olaraq 256 və ya 512 QB daxili yaddaşla təchiz olunmuşdur. Touchscreen texnologiyasına sahib olan notebook Windows 10 Home və ya Windows 10 Pro əməliyyat sistemi üzərindən işləyəcək. İstehsalçının verdiyi məlumata əsasən cihaz 23 saatadək əlavə yükləmə tələb etmədən işləmək qabiliyyətinə malikdir. Əlavə olaraq isə cihazın yüklənməsi USB-C çıxışının köməyi ilə Galaxy Note 10-un yükləmə kabeli ilə də həyata keçirilə bilir.
Tədbirdə bir çox tanınmış simalar da iştirak etmişdir, onlardan Microsoft şirkətinin rəhbəri Satya Nadellan qeyd etmək olar. Rəhbər şirkətlər arası əməkdaşlıqdan söz açaraq, bu ittifaqın mobil cihazlarla Windows sistemi arasındakı rabitəsizliyin aradan qaldırılmasımasına kömək edəcəyini də vurğuladı. Bundan əlavə, çıxış zamanı Windows 10 ilə sinxronlaşmağa kömək edən, smartfon displeyini, xəbərdarlıq və sms-ləri kompyuter və ya notebook ekranında əks etdirən əlavə təqdim edilmişdir. Microsoft Your Phone adlandırılmış bu əlavə Samsung tərəfindən Note10 xəttinə quraşdırılmışdır.
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
XƏBƏR LENTİ
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)





