Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni "iPhone" təqdim olundu - YENİLƏNİB - FOTO
5 Oktyabr 2011 12:10
0 Şərh
Baxış: 1 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
05.X.2011
12:10
"Apple" korporasiyasının yaydığı açıqlamada bildirilir ki, dünya miqyasında satılan və istifadə edilən smartfonların təxminən yarısı "iPhone"dur. Bu smartfonun satış həcmlərinin artımı ildə 125 faizə çatıb.
Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, istehlakçıların məmnunluq göstəricilərinə görə, "İphone"dan istifadəçilərin 70 faizi razıdırsa, HTC smartfonları alanların 49, "Nokia" alanların isə cəmi 21 faizi razı qaldıqlarını deyiblər.
Buna rəğmən, "iPhone" qlobal smartfon bazarında 18,5 faiz, mobil telefonlar bazarında isə 5,6 faizlik yer tutub.
Əməliyyat sistemlərinə gəldikdə, "Android OS" bazarda 39 faizlik paya malikdirsə, "Apple iPhone OS"də bu rəqəm 28 faiz, "RİM Blackberry"də isə 20 faizdir.
"Apple"in istehsal etdiyi "iPad" isə dünya planşet kompüterləri bazarının 74 faizini tutub.
"iOS" əməliyyat sistemi ilə təchiz olunmuş avadanlıqlardan artıq 250 milyon ədəd satılıb.
"AppStore" onlayn əlavələr dükanındakı proqram və əlavələrin sayı 500 mini keçib. Yükləmələrin sayı isə 18 milyarda çatıb.
"iPhone 4S" smartfonunun maksimal iş sürəti 14,4 mBit/saniyyəyə çatdırılmaqla yanaşı, məhsuldarlığı və akkumulyator-batareyadan işləmə vaxtı da artırılıb.
Belə ki, "iPhone 4S" 3G sistemli danışıqda 8 saat, 2G-də 14 saat, 3G veb-serfinqində 6 saat, Wi-Fi veb-serfinqində 9 saat işləyir. Bu smartfonda fasiləsiz olaraq 10 saat videoya baxmaq və ya 40 saat musiqiyə qulaq asmaq olar.
Və ən nəhayət, "iPhone 4S"də "Siri" adlı avtomatik, səsli sorğuları anlayan yardımçı var.
Məsələn, "Siri" avtomatik yardımçı "Bu gün çətir götürməyə dəyər?", "Bakıda hava necədir?", "Parisdə saat neçədir?", "Səhər məni saat 6-da oyat", "Nyu-Yorkda yunan restoranını tap", "Eyfel qülləsinə yolu göstər" sual və komandalarına cavab verir.
ABŞ-da 16 qeqabayt yaddaşı olan "iPhone 4S" 200, 32 qeqabaytlıq yaddaşla - 300, 64 qeqabayt yaddaşla isə 400 dollara satılacaq. Əsas şərt mobil rabitə şirkəti ilə 2 illik müqavilədir.
"iPhone 3GS" isə ABŞ-da 2 illik müqavilə bağlamış müştəriyə pulsuz veriləcək.
Maraqlıdır ki, "iPhone 4S"in təqdimatından sonra "Apple" korporasiyasının səhmləri 4,5 faiz ucuzlaşıb və ucuzlaşma davam edir.
----------------
04.X.2011
23:53
Milli.Az xəbər portalı bildirir ki, yeni smartfon "iPhone 4"ün zahiri görünüşünü saxlasa da, xeyli güclənib və əlavə funksiyalara malik olub.
"Apple" korporasiyasının bir qədər əvvəl "iPad2"ni təchiz etdiyi "Apple5 " ikinüvəli prosessoru sayəsində yeni smartfonun sürəti 2, qrafika sürəti isə 7 dəfə artıb.
Yeni aparatda 8 meqapiksellik sensor kamera və "Full HD" rejimində video çəkmək imkanı var. Smartfon GSM və CDMA rabitə standartlarında çalışır.
Yeni "iPhone"nin təqdimat mərasimi "Apple"nin Kaliforniya ştatındakı Kupertino şəhərində, "Infinite Loop, 4" ünvandakı baş ofisində keçirilib.
"iPhone 4ı" iOS əməliyyat sisteminin yeni versiyası olan iOS 5-də çalışır.
Yeni smartfondakı ən mühüm yeniliklər hadisələr barədə yeni xəbərdarretmə interfeysi, "Twitter" ilə inteqrasiya və "Apple iCloud" bulud servisindən istifadə imkanıdır. Bu servis nəticəsində smartfon sahibi internet olan istənilən yerdən fərdi kontentinə çıxış əldə edir.
iOs5-də "Safari" veb-brauzeri və "Mail" poçt əlavə yenilənib, "Reminders" və elektron qəzetlərlə jurnallara bütün abunələri virtual rəfdə birləşdirən "Newsstand" peyda olub. Üstəlik, iOS 5 sinxronlaşdırma və yenilənmə üçün kabeldən istifadəni nəzərdə tutmur.
ABŞ-da "iPhone 4S"ün satışları dekabrın 1-də başlanacaq. Yeni proqram sistemi oktyabrın 12-dən yüklənmələrə açıq olacaq. Elə həmin gün "iCloud" işə düşəcək və hər "İphone 4s" istifadəçisinə pulsuz olaraq 5 qeqabayt yer veriləəck.
-------
17.15
Bu axşam ABŞ-da "Apple" korporasiyasının mətbuat konfrası keçiriləcək və "iPhone 5" smartfonu təqdim olunacaq.
Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, "iPhone 5"də ikinüvəli "Apple5" prosessoru, 1 geqabaytlıq operativ yaddaş, 8 meqapiksellik sensor kamera var. Smartfon zahirən də fərqli olacaq. "Apple"nin yeni məhsulu dünyanın ən nazik smartfonu olmaqla yanaşı, ekranı da indiki "iPhone4" ilə müqayisədə 0,5 düym böyük olacaq.
Bundan başqa, "Apple" korporasiyası "iPhone5"ə inkişaf etdirilərək təkmilləşdirilmiş səslə idarə sistemi, internet vasitəsilə məlumat mübadiləsinə imkan verən "iMessage" vasitəsi, "Twitter" mikrobloqinq servisi ilə inteqrasiya və s.-ni əlavə edib.
Bütün bunlar "iOS5" əməliyyat sistemində çalışır.
Milli.Az
---------
23.53

-----

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi