Texnologiya

"Android 9.0 P"-nin təqdimat tarixi bəlli oldu

3 Avqust 2018 19:44
0 Şərh     Baxış: 1 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən çox istifadəçisinə malik olan Android sisteminin yeni versiyası olan "Android 9.0 P"nin təqdimatına çox az qaldı.

Mİlli.Az xəbər verir ki, indiyə qədərki ən güclü və geniş məzmuna sahib olan yeni versiyanın təqdimat tarixi internetə sızdırılıb. Məlumatda təqdimatın 20 avqustda baş verəcəyi bildirilir.

Həmçinin "Google" şirkətinin yeni versiyada bir sıra dəyişikliklər edəcəyi də təxmin edilir. Beləki şirkət istifadəçilərə daha fərqli interfeys təqdim etməyi düşünür. Bundan başqa ana ekranda "home"  düyməsini sağa çəkərək açıq tətbiqlər arasında asanlıqla keçid etmək imkanı olacağı bildirilir.

"Google"ın "Android P"dəki əsas məqsədi telefonla istifadəçi arasında müəyyən vaxt aralığı qoymaqdır. Bu məqsədlə hazırlanan "Dashboard" "Android  9.0 P" versiyasında tətbiq ediləcək. "Dashboard" sizə hansı tətbiqə nə qədər vaxt sərf etdiyinizi bildirəcək, eyni zamanda müəyyən zaman limitini keçəndə  xəbərdarlıq bildirişi almanız imkanını verəcək.

Afaq Rza
Milli.Az  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.