Azərbaycana 4G şəbəkəsi gəldi!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakcell" şirkəti "4G LTE" xidmətini kommersiya istifadəsinə verib
Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti bu gün 4-cü sürət brendini - "4G LTE" xidmətini kommersiya istifadəsinə verib.
Milli.Az xəbər verir ki, yeni xidmət sayəsində "Bakcell" abunəçiləri ən müasir LTE şəbəkəsindən faydalanaraq iri həcmli faylları bir göz qırpımında yükləyib göndərə bilərlər. İstifadəçilər musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğu halda belə onlayn oyunlar oynaya biləcəklər.
"Bakcell" smartfon istifadəçiləri üçün "4G" xidməti göstərən ilk şirkətdir.
Artıq smarrfon istifadəçiləri ayda 10 manat ödəyərək 3 GB həcmində "4G" xidmətindən yararlana bilərlər.
Noutbuk istifadəçiləri isə 60 manat ödəyərək 45 GB tutumunda yüksəksürətli internetdən istifadə edə biləcək və bu abunəçilərə pulsuz LTE modemi də təqdim olunacaq.
Planşet istifadəçiləri isə ayda 15 manat ödəməklə 10 GB həcmində "4G" mobil internetdən faydalana bilərlər.
Qeyd edək ki, son üç ay ərzində "Bakcell"in LTE xidmətindən 150 Mbit/s -ə çatan sürətlə 4 minə yaxın abunəçi məlumat ötürə bilib.
Şirkətin texniki direktori Yigit Bektaş bildirib ki, "Bakcell" şirkəti LTE şəbəkəsini yaxın bir ildə daha da genişləndirmək niyyətindədir.
Belə ki, mobil operator 2016-cı ildə bəzi regionlarda da "4G" xidmətləri göstərəcək.
"Hazırda Bakıda Abşeronda LTE xidmətləri göstərilir. Növbəti mərhələdə biz istifadəçi tələbatına uyğun şəkildə əhatə dairəmizi regionlarda da genişləndirəcəyik", - o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





