Texnologiya

Əşyaların interneti üçün yaradılır

27 Fevral 2015 22:48
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ARM və IBM şirkətləri birgə hazırladıqları ARM mbed IoT Starter Kit platformasını elan ediblər. Bu həll entuziastlara yeni əşyaların interneti cihazlarını yaratmaqda kömək edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar üçün dəst ARM mbed OS platforması əsasında yazılıb. Bu əməliyyat sistemi bulud platformasına əsaslanan müxtəlif hesablama qurğuları arasında məlumatların ötürülməsini asan şəkildə sazlamağa imkan verir. Yeni platforma bu il təqdim ediləcək. Dəyəri hələ ki açıqlanmayıb.

Hazırda əşyaların interneti bazarı - internetə çıxış imkanına malik ev texnikası yüksək templə inkişaf edir. Bununla belə, müxtəlif istehsalçıların cihazları bir-birinə uyğun olmadığından sözügedən texnologiyanın geniş yayılması üçün böyük problemlər yaradır. ARM və IBM şirkətlərinin platforması əşyaların interneti konsepsiyasını vahid şəklə salmaq üçün nəzərdə tutulub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.