Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman verib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılsın.
2. Müəyyən edilsin ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
3. Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Cəmiyyət həyata keçirir.
5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı Cəmiyyətə kömək göstərsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".
Milli.Az
Texnologiya
Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılacaq
27 Fevral 2015 09:26
Baxış: 1 732
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
- Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
- Putin Matviyenkonu təltif etdi
- Ən yaxşı xasiyyətli bürclər - Hamı onları sevir
- Ərdoğan: Ermənistana xaricdən qəzəl oxuyanlar... - VİDEO
- Tunar Rəhman xanımı Ülviyyə ilə - VİDEO
- İranda prezidentliyə 3 namizəd qeydə alındı
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov
- Xarici qonaqlar Zəngilanda bərpa işləri ilə tanış olublar - FOTO
- 63 yaşlı məşhur aktyor dördüncü dəfə evlənir - FOTO
- Peter Stano Bakıya maskalı üzünü tutdu
- Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi
- Yuxuda yolunu azmaq nə deməkdir?
- Çempionda ilk ayrılıq
- Malakan bağı belə abadlaşdırılır - Yeni FOTOlar
- Əməkdar və Xalq artistləri hər ay nə qədər təqaüd alır?
- Dövlət Uşaq Filarmoniyasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu - FOTO
- 14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
- Ronaldu daha bir mükafat qazandı
- Bu nazirliklə bağlı Baş Prokurorluğa müraciət olundu