Texnologiya

Kanal S rəqəmsal yayıma keçəcək

14 Yanvar 2015 16:06
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkə ərazisində bu ilin ortalarına kimi analoq yayım tamamilə dayandırılacaq. Paytaxt kanalları ilə yanaşı, bölgə kanalları da mərhələli şəkildə rəqəmsal yayıma keçəcək. Bununla da vətəndaşlar yerli kanalları daha keyfiyyətli şəkildə izləmək imkanı əldə edəcəklər.

Kanal S (Region TV) xəbər verir ki, xəbər verir ki, bu yaxınlarda digər regional televiziyalar kimi, "Kanal S" də rəqəmsal formatda yayımlanacaq. Bunun üçün artıq müvafiq ötürücülər də quraşdırılıb, müvafiq işlər görülüb. Öz növbəsində, kanalın tezliklərinin analoq yayımına son veriləcək. Söz yox ki, indiyədək "Kanal S" i adi antenna ilə izləyən vətəndaşların bir çoxu üçün bu xəbər heç də gözlənilən deyil. Belə ki, rəqəmsal formatı dəstəkləməyən televizorlara artıq dekoder adlanan qurğunun quraşdırılması zərurəti ortaya çıxacaq. Bu isə əlbəttə ki, əlavə xərc deməkdir. Hələ ki, sakinlər məsələdən xəbərsizdirlər. Bu qurğulara tələbatda heç bir dəyişikliyin olmaması da buna sübutdur.

Əlbəttə ki, vəziyyət belə davam etməyəcək. Analoq yayımın dayandırılması ilə sakinlər çıxış yolu axtarmağa məcbur olacaqlar. Qeyd edək ki, "Kanal S"in efirinin parametrləri dəyişməyəcək. Şəki şəhərində 51, Təpəcənnətdə 54, Zaqatala 21- ci, İsmayıllıda isə 59-cu kanalda yayımlanacaq.


Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.