Texnologiya

Yaponlar kosmosa can atırlar

10 Yanvar 2015 22:48
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiya hökuməti tərəfindən milli kosmik texnologiyaların inkişafına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq olunub.

Proqramla yaxın on ildə milli kosmik sənayenin həcminin 5 trilyon yenə (49 milyard dollar) çatdırılması nəzərdə tutulur. Qeyd olunur ki, proqram çərçivəsində ABŞ ilə sahə üzrə əməkdaşlıq möhkəmləndiriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2020-ci ilədək ölkə hazırda istifadə olunan H2-A raketdaşıyıcısını əvəz edəcək yeni ağır raket təqdim etməyi planlaşdırır. Həmçinin 2015-ci ildə Yaponiyanın Epsilon raketdaşıyıcısının buraxılış qabiliyyəti yaxşılaşdırılacaq. Yaxın on ildə müxtəlif ölçülü səkkiz peykin buraxılışı da gözlənilir.

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) son uğuru ötən ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən Hayabusa-2 (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun 1999 JU3 asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.