Ən güclü kompüter hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kompüterlərdən biri perspektivdə (əlavə maliyyələşmə şərti ilə) 300 petaflops gücünə çata bilər. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan hər iki sistemin baza gücü 150 petaflops təşkil edəcək.
Məlumat üçün bildirək ki, Çinin dünyanın ən güclü Tianhe 2 superkompüteri 34 petaflops məhsuldarlığa malikdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, iki superkompüterin Summit adlı birincisi Okrinc Milli Laboratoriyasında, Sierra adlandırılan digəri Lourens adına Livermor Laboratoriyasında inşa olunacaq. Qurğular IBM Power prosessoru və Nvidia şirkətinin Volta qrafik prosessorları ilə işləyəcək. Məhz Volta yeni sistemlərin hesablama gücünün 90 faizini təmin edəcək. Bu halda enerjidən səmərəli istifadə xeyli artacaq. Summit enerjidən hazırda dünyanın gücünə görə ikinci superkompüteri Titanın sərf etdiyi qədər istifadə etməklə beş dəfə daha yüksək məhsuldarlığa malik olacaq.
Nvidia şirkətinin elmi bölməsinin rəhbəri Bill Dell hesab edir ki, eksaflops səviyyəsinədək (min petaflops) məhsuldarlığı anlamaq üçün prosessorların səmərəliyini bir o qədər artırmaq lazımdır. Volta arxitekturası isə buna imkan verir.
Qeyd edək ki, Çinin Tianhe-2 superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, Tianhe-2 dərc edilən beynəlxalq Top-500 reytinqində birinci yeri tutur. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.
Superkompüter Çin Azadlıq Ordusunun Çanşa şəhərində (Mərkəzi Çin, Xunan əyaləti) yerləşən Müdafiə Elm və Texnikası Universitetində hazırlanıb. Məhsuldarlığı 33,86 petaflopsa çatan Tianhe-2 saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Bu kompüter ilk dəfə 1993-cü ildə dərc edilən Top-500 reytinqində ardıcıl üçüncü ildir birinci yeri tutur.
İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasının Titan superkompüteri, üçüncü yerdə 17,17 petaflops gücə malik ABŞ-ın Sequoia superkompüteri qərarlaşıb.
Top-500 tərtibatçılarının sözlərinə görə, siyahının ilk onluğu 2013-cü ilin noyabrında təqdim olunan əvvəlki reytinq ilə müqayisədə dəyişməz qalıb. Dünyanın on ən güclü superkompüterindən altısı ABŞ-da, hərəyə biri isə Çin, Yaponiya, İsveçrə və Almaniyada yerləşir. Top-500 reytinqində ümumilikdə ABŞ-ın 233, Çinin 73, Böyük Britaniya və Yaponiyanın 30, Fransanın 27, Almaniyanın 23 superkompüteri yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





