Sentyabrda Windows 7 ƏS-nin bazar payı 52,71% təşkil edib. Proqram nəhənginin aktual ƏS-i, öz növbəsində, bazar payını itirir: yay fəslinin son ayı şirkətin aktual platformasının payı 13,37% olub, sentyabrda isə 12,26%-dək azalıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Windows XP sisteminin istifadəçiləri köhnə ƏS-i ilə ayrılmaq istəmirlər: bir ay ərzində adı çəkilən platformanın payı cüzi azalıb: 23,89%-dən 23,87%-dək. Nəticədə ən populyar ƏS-i arasında ikinci yerdə qərarlaşıb. OS X 10.9 platformasının bazar payı 4,05%, alma əməliyyat sisteminin başqa versiyalarının bazar payı isə 1%-dən azdır.
Milli.Az